MoknIDy9jKkfAeRWCd0cpHhL4CDPC9WSWFDJlpQQ 1200

“Qarabağ” “Tottenhem”ə 3-0 hesabı ilə məğlub oldu.

***

69-cu dəqiqədə meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib – 3:0.

***

57-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.

***

53-cü dəqiqədə “Tottenhem” Sarrın qolu ilə fərqi artırdı: 2-0.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” (İngiltərə) – “Qarabağ” oyununda ikinci hissə başlayıb.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” (İngiltərə) – “Qarabağ” oyununda ilk hissə başa çatıb.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” (İngiltərə) – “Qarabağ” oyununda hesab açılıb.

Globalinfo.az xəbər verir ki, “Tottenhem Hotspur” stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahibləri Brennan Consonla fərqləniblər.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçı başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş “Tottenhem Hotspur” stadionunda keçirilir.

Qeyd edək ki, Londonda yaşanan tıxac problemi səbəbindən görüş gözlənildiyi vaxtdan yarım saat gec başlayıb.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, “Tottenhem Hotspur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.

Paylaş: