Yeni Zelandiya Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters deyib.
“Rusiyanın Ukraynaya qarşı davam edən qeyri-qanuni təcavüzkar müharibəsi beynəlxalq qaydalara ziddir. Zaporojye AES-in işğalı isə nüvə təhlükəsizliyinə ciddi təhlükə yaradır. Rusiya dərhal qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır”, – deyə zelandiyalı nazir bildirib.
O qeyd edib ki, yeni sanksiyalar işğala dəstək verən beş fiziki şəxsə və altı quruma təsir edəcək.
“Belarusa qarşı sanksiyalar isə Rusiyanın qeyri-qanuni hərəkətlərini dəstəkləyənləri pisləmək və məsuliyyətə cəlb etmək məqsədi daşıyır”.
Peters Yeni Zelandiyanın beynəlxalq tərəfdaşlarla kordinasiyalı şəkildə hərəkət etdiyini deyib.
Qeyd edək ki, 2022-ci ilin martından bəri Yeni Zelandiya artıq 1700-dən çox fiziki və hüquqi şəxsə sanksiya, eləcə də bir sıra ticarət məhdudiyyətləri tətbiq edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az