ehti

ABŞ Prezidenti Co Bayden ABŞ-ın uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı hələ qərar qəbul etmədiyini açıqlayıb.

Uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biri də məhz ABŞ-ın yaxın günlərdə Ukraynaya bu icazəni verəcəyi ilə bağlı idi. Baydenin son açıqlaması isə bir qədər maraqla qarşılanıb.

ABŞ Rusiya ilə dərin qarşıdurmadan yayınır? Bu, anlaşmadı, yoxsa Vaşinqtonun Rusiyadan nüvə silahına görə çəkinməsidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın Ukraynaya verdiyi silahlarla Rusiya daxilinə hücum etməməklə bağlı dəqiq fikir bildirməməsi əslində keçiriləcək prezident seçkiləri ilə əlaqədardır:

Mehemmed esedullazade 3

Məhəmməd Əsədullazadə

“Vaşinqton yeni eskalasiyanın yaranmamasına çalışır. Rusiya ilə birbaşa konfliktə girmək istəmir. Lakin Ukraynanın əlində Rusiya dərinliyini vura biləcək PUA, ballistik raketlərin olduğunun da şahidi olduq. Son günlər Rusiyanın böyük silah anbarlarının da vurulması bundan qaynaqlanır. Onun bir illik sursat ehtiyatı da tükənib”.

Politoloqun sözlərinə görə, Ukrayna NATO standartlarına uyğun silahlarını hazırlayıb:

“Onun anbarında ABŞ, Böyük Britaniya istehsalı olan silahlar da yer alır. Bir müddətdən sonra Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmağa icazə veriləcək. Lakin hazırda bu zərbələr PUA, kiçik ölçülü ballistik raketlərlə vurulur. Amerika standartları ilə hazırlanmış yeni texnikalar Ukraynada çox uğurlu şəkildə əməliyyatları yerinə yetirir. Rusiyada olan nüvə silahlarından Qərbdə də var və bu artıq onlar üçün təhdid xarakteri daşımır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: