Gürcüstanda ermənilərin əsas yayım orqanlarından sayılan “Alik Media”nın rəhbəri Arsen Xaratyan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Tbilisi Hava Limanında saxlanılıb.
Globalinfo.az xəbər verir ki, onun hava limanından uçuşuna icazə verilməyib. Xaratyanın uçuşuna izin verilməməsinin nə ilə əlaqədar olduğu açıqlanmayıb.
Qeyd edək ki, Arsen Xaratyan bir həftə öncə də İrəvandan Tbilisiyə uçduqdan sonra saxlanılmışdı. Onun ölkəyə girişinin qadağan olunduğu bildirilsə də, sonradan sərbəst hərəkətinə icazə verilmişdi. Xaratyan ölkəyə girişinin niyə qadağan olunduğunun izah edilmədiyini demişdi.
A.Xaratyan Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş müşaviridir. Onun Qərb fondları ilə yaxşı əlaqələri var. O, müşavir olduğu dönəmdə Azərbaycanla münasibətlərin normallaşmasına yaxşı baxan erməni siyasətçilərdən olub.
Əliyar Xəlil
Globalinfo.az