17264204384015224833 1200x630

“Yaqi”nin Myanmaya gətirdiyi şiddətli yağışların yaratdığı sel və daşqınlar, torpaq sürüşmələri, palçıq axını səbəbindən ölənlərin sayı 116-ya yaxınlaşıb, 60-dan çox sakin itkin düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Myanma mediası məlumatlar yayıb.

Çaylarda yaranan sel sahildəki yaşayış məntəqələrində evləri dağıdıb. Ümumilikdə 73 mindən çox evə ziyan dəyib. Daşqın və palçıq axını körpüləri və avtomobil yollarını dağıdıb.

Təbii fəlakət nəticəsində 320 min sakin təxliyə olunub.

Paylaş: