Sosial şəbəkələrdə azyaşlı qızın ağzında siqaretlə görüntüsü yayılıb.
Globalinfo.az xəbər verir ki, valideynlər fotonun uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkdiyini bildirir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu paylaşımında qeyd edib ki, məsələ Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülərək aidiyyəti qurumlarla birgə araşdırma aparılıb.
“Abşeron rayon sakini olan valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib. alideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər”, – bildirilib.














