Ronaldodan inanılmaz rekord – FOTO

Ronaldodan inanılmaz rekord - FOTO

Dünyaca məşhur futbolçu Kriştianu Ronaldonun sosial şəbəkədə izləyici sayı bir milyardı ötüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında paylaşım edib.

“Biz tarixə düşdük – bir milyard izləyici! Bu, sadəcə bir rəqəm olmaqdan daha çox məna daşıyır, bu, bizim ümumi ehtirasımızın, əzmimizin və sevgimizin sübutudur. Mən həmişə ailəm və sizin üçün oynamışam. İndi isə biz bir milyardıq və birlikdəyik”.

K.Ronaldo izləyicilərinə dəstək üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, 39 yaşlı Ronaldo Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusudur. O, beş dəfə “Qızıl top” mükafatının və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Ronaldodan inanılmaz rekord - FOTO