Yeni tikilmiş və hələlik istifadəyə verilməmiş Bakı-Quba-Rusiya sərhədi magistral yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-də saat 17:55-də ödənişli yolun 76-cı kilometrliyində (Xızı rayonu ərazisində) qeydə alınıb. Həmin yola daxil olan sürücü – 1973-cü il təvəllüdlü Babayev Səfa Vəzir oğlu idarə etdiyi “Mitsubishi L-200” markalı yolsuzluq avtomobili ilə velosipedçini vurub. Nəticədə velosipedçi – 1963-cü il təvəllüdlü Əliyev Əlirza Ağarza oğlu ağır xəsarətlər alıb və hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Zaira Akifqızı
Globalinfo.az














