İran Prezidenti Məsud Pezeşkian oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a bu ölkənin Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bildirib.
O qeyd edib ki, hazırda səfər üçün hazırlıqlar gedir. Pezeşkianın Rusiya lideri Vladimir Putinlə görüşü də istisna edilmir.













