Lavrov

“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə yeni reallıqlar əsasında qayıtmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və təhlükəsizliyindən ibarətdir:

“Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz bu prinsiplərə qayıtmağa hazırıq, amma təbii ki, yeni reallıqlar nəzərə alınmaqla… Çünki o vaxtdan 2 il yarım keçib. Bu reallıqları prezident Vladimir Putin də açıqlayıb, Ukrayna, Rusiya və Qərb arasında nizamlanmanın yolunu göstərib”.

Paylaş: