Azərbaycanda vəzifəli şəxslərə qarşı əməliyyat: saxlanılanlar var

Azərbaycanda vəzifəli şəxslərə qarşı əməliyyat: saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirir.

Globalinfo.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, Bələdiyyə və  İcra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

“Qafqazinfo” əməliyyatın bəzi detallarını öyrənə bilib. Məlumata görə, Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.

Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.

Qeyd edək ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.