Lamiyə Vəliyeva qızıl medal qazandı, dünya rekordu qırdı – VİDEO

Lamiyə Vəliyeva qızıl medal qazandı, dünya rekordu qırdı - VİDEO

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, bu, paratletimiz Lamiyə Vəliyevanın sayəsində reallaşıb.

Belə ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.

Qızıl medal qazanan Lamiyə Vəliyevanın çempionluq sevincinin əks oluduğu video görüntüləri təqdim edirik:

Qeyd edək ki, idmançımız bu qalibiyyətlə Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Xatırladaq ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.