atet pa

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən növbədənkənar parlamet seçkiləri ilə bağlı hazırladığı hesabat mübahisə doğurub.

Daha öncədən bu qurumun qərəzli hesabat təqdim etməsinin gözlənildiyi bildirilirdi. Sözügedən sənədin mətni Azərbaycanın siyasi dairələrində birmənalı qarşılanmayıb.

Bu məsələ AŞPA, Avropa İttifaqı (Aİ), ATƏT, ümumiyyətlə əksər Avropa təşkilatları, institutlarının Azərbaycana qarşı qərəzli olduğuna dair iddiaları gücləndirib.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinə Qərb institutlarının müdaxilə cəhdləri oldu:

“Bu cəhdlər uğursuzluqla nəticələndikdə isə onlar digər bir varianta əl ataraq qərəzli hesabatlar hazırlayıb yaymağa başladılar. Bütün bunlar bizi təəccübləndirmir, çünki artıq belə hesabatlara öyrəşmişik. Hətta deyərdim, AŞPA kimi qurumlar seçkidən öncə bu hesabatları hazırlayırlar.

unnamed file
İlyas Hüseynov 

Budəfəki seçkilərdə də eyni mövqeyin sərgilənməsi qəbuledilməzdir. Xüsusilə seçkidən öncə hesabat tərtib etmək açıqca qərəz nümunəsidir. AŞPA, Aİ, ATƏT – bütün Avropa təşkilatları, institutlarının Azərbaycaba qarşı qərəzli mövqeyi münasibətlərə zərər vurur. Ona görə də sonra Bakını günahlandırmaq doğru deyil”.

Politoloq qeyd edib ki, Qərb özü təbliğatını apardığı dəyərlərə, demokratik prinsiplərə riayət etmir:

“Bu yanaşmalar tərəfsizliyin pozulmasıdır. Azərbaycan bu günə kimi həmin qurumlarla əməkdaşlıq edib. Görünür, Bakının hörmətlə yanaşması onlar üçün heç bir məna ehtiva etmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: