putinsefer

“Ukrayna çalışacaq ki, Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin orderindən imtinaya görə məsuliyyət daşısın”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin həbsi orderinin icra edilməməsi Beynəlxalq Cinayət Məhkəməsinə ağır zərbədir:

“Monqolustan ittiham olunan cinayətkarın qaçmasına imkan verdi. Biz tərəfdaşlarımızla çalışacağıq ki, Ulan-Bator buna görə məsuliyyət daşısın”.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi keçən ilə Putinin həbsi barədə qərar çıxarıb. Bu qərarı Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələrin hamısı icra etməlidir. Monqolustan da bu təşkilatın üzvüdür.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: