Qarabağdakı rejimin buraxılması barədə qərarı mən imzalamamışam.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O bu sənəd imzalanana qədər keçmiş separatçı rejimdə çevrilişin olduğunu və bunu Ermənistanda bəzi dairələrin alqışladığını bildirib. Paşinyan çıxışı zamanı həmçinin 10 noyabr üçtərəfli bəyanatın Rusiya tərəfindən pozulduğunu iddia edib.
Ruben Vardanyanın Bakıda saxlanması məsələsinə toxunan erməni baş nazir burada qeyri-müəyyənliyin olduğunu deyib:
“Belə alındı ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? Hansı zəmanətlərlə o göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”
Azərbaycanla kommunikasiyaların açılmasına gəlincə Paşinyan bunu Ermənistanın sabotaj etmədiyini iddia edib. O, “sülh qovşağı” ideyalarının olduğunu və bunu sabahdan etibarən icra etməyə hazır olduqlarını bildirib. O, həmçinin Naxçıvana Ermənistan ərazisindən yol verməyə hazır olduqlarını deyib, amma bu işdə Ermənistanın suverenliyinin sual altında qalmaması gərəkdiyini söyləyib.
O bildirib ki, keçən il ermənilərin Qarabağı tərk etməsinə mane olmaqda ittiham olunurdu, indi isə onu danlayırlar ki, insanların ora geri qayıtmasına mane olurlar.
Paşinyan “Dağlıq Qarabağdan olan bəzi keçmiş rəsmilər tərəfindən formalaşdırılan” məntiqlə Qarabağ ermənilərinin geri qayıtmasını qeyri-real adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az