
VI çağırış Milli Məclis deputatı Fəzail Ağamalının deputatlığa namizəd olan qızı Günay Ağamalının sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, G.Ağamalı namizədliyini irəli sürdüyü Salyan rayonunda ona verilən suallardan yayınaraq avtomobilə əyləşir və ərazini tərk edib.
Onun bu davranışı birmənalı qarşılanmayıb. Digər namizəd onu təkidlə seçicilər qarşısında debata çağırıb. Həmçinin etirazlar edilir ki, niyə Günay Ağamalı namizədliyini Salyandan verib.
Qeyd edək ki, 2020-ci ilin parlament seçkilərində Fəzail Ağamalıya qarşı da bənzər etirazlar olmuşdu. Həmin vaxt F.Ağamalının rəqibi Qarabağ qazisi Kamil Musəvi idi.
Həmin görüntüləri təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az














