Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Fransada həbs edilib. O, şənbə günü saat 20:00 radələrində şəxsi təyyarəsindən “Le Burje” hava limanının uçuş-enmə zolağına enərkən saxlanılıb.
Durovun həbsi ilə bağlı ictimaiyyətə açıqlanmayan hansı proseslər var?
Teleqram sosial şəbəkəsinin Qərb sosial platformalarına rəqib olması, getdikcə güclənməsi Durovun həbsinə səbəb ola bilərdimi?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün sosial şəbəkələr müxtəlif məxfi yazışmaların, informasiyaların yayılmasında mühüm rol oynayır:
“Görünür, Fransa Teleqramın gücündən istifadə etməyə çalışıb. Yəni Durovun qarşısına hər hansı informasiyanın əldə olunması, eləcə də şirfənin qırılması kimi tələblərin qoyulması istisna edilmir. Ola bilər ki, Durov da bundan imtina edib. Teleqramda yayılan bir cümlə bütün dünyada ajiotaj yarada, ictimai rəyi formalaşdıra bilər. Bu baxımdan sosial şəbəkələr mühüm silahdır. Belə hallarda məsələnin yalnız ehtiyac olunan hissəsi ictimaiyyətə açıqlanır. Deyilməsi lazım olmayan məsələlər də var. Durov yaxın günlərdə azad edilməsə, Fransa və Rusiya arasında gərginlik daha da artacaq.
Kənan Novruzov
Teleqram sosial şəbəkəsinin Qərb sosial şəbəkələrinə rəqib olmasının burada rolu olduğunu düşünmürəm. Buna görə kimisə həbs etməzlər. Durov həbs olunsa belə Teleqram çökməyəcək”.
Safura Bənnayeva
Globalinfo.az














