“Sputnik Ermənistan” məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Rusiya prezidentinin ötən həftə Azərbaycana səfərinin nəticələri barədə Ermənistanın baş nazirinə məlumat verdiyi bildirilir.
N.Paşinyan buna görə V.Putinə təşəkkür edib. Liderlər Ermənistan-Rusiya ikitərəfli gündəliyində dayanan məsələləri müzakirə etmək üçün ilk fürsətdə görüşmək barədə razılığa gəliblər.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov deyib ki, Vladimir Puitin Azərbaycana səfəri zamanı, yəni avqustun 18-də Nikol Paşinyanla telefon danışığı aparacağını, səfərin yekunları ilə bağlı onu məlumatlandıracağını bildirmişdi:
“Bu addımında qeyri-adi hal yoxdur. Rusiya bölgənin əsas ölkələrindən biridir.
Oqtay Qasımov
Azərbaycan və Ermənistanla 2020-ci ildə üçtərəfli bəyanat imzalamaqla moderatorluq missiyasını öz üzərinə götürüb. Ona görə də hər iki ölkə rəhbərliyi ilə apardığı danışıqlarda qarşı tərəfi məlumatlandırır. Putin və Paşinyan arasındakı telefon danışıqlarında Rusiya-Ermənistan münasibətləri müzakirə edilən mövzular içərisindədir. Çünki bu münasibətlər hamar formada deyil. Ermənistanın Qərbə yönəlməsi Moskvanın narahatlığına səbəb olur. Həmçinin Azərbaycanla bağlı müzakirələrin getməsi də gözləniləndir. İki tərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya, demarkasiyası, Zəngəzur dəhlizinin açılması da danışıqlar predimentidir”.
Politoloq qeyd edir ki, noyabrda Bakıda təşkil olunacaq COP29 sammitində iştirak üçün Azərbaycan Ermənistanı dəvət etsə də, hələ İrəvan rəsmi cavab verməyib:
“Ermənistan müəyyən səviyyədə bu tədbirdə təmsil oluna, Nikol Paşinyan özü gələ bilər, yaxud da komandasından nümayəndə göndərər”.
Safura Bənnayeva
Globalinfo.az