cluster bombs

“Rusiya Ukraynada hökumət obyektlərinə zərbələr endirə bilər”.

Globalinfo.az xəbər verir ki. bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentinin məlumatlarına istinadən xəbərdarlıq edib.

Məlumatda iddia olunur ki, Rusiya yaxın günlərdə Ukraynadakı hökumət binalarına və mülki hədəflərə hücumlar təşkil edə bilər.

“European Pravda”nın xəbərinə görə, ABŞ Rusiyanın Ukraynanın hər yerində pilotsuz təyyarələr və raketlər vasitəsilə həm gecə, həm də gündüz hücumları təşkil etmək səylərini artırdığını açıqlayıb. Səfirlik qeyd edib ki, bu hücumlar avqustun 24-də, Ukraynanın Müstəqillik Gününün qeyd olunmasından əvvəl baş verə bilər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: