sehid anasi

Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qalıb. O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.

456450794 2667031360170879 365391400035207803 n
456484575 2667031263504222 2519651267142448782 n

Paylaş: