ABŞ Prezidenti Co Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, liderlər İrandan gələn təhdidlərə, həmçinin HƏMAS, “Hizbullah” kimi qruplaşmalara qarşı birgə mübarizəni müzakirə ediblər.
Bayden girovların azad edilməsi ilə bağlı sazişin icrasının vacibliyini vurğulayıb.














