galatasaray besiktas

“Yanq Boyz” “Qalatasaray”ı 3-2 məğlub etdi. Cavab görüşü bir həftə sonra İstanbulda olacaq.

***

“Qalatasaray” komandasının qapısına penalti təyin edildi. Əbdülkərim Bardaqçı qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu. Uqriniç isə 86-cı dəqiqədə meydan sahiblərini yenidən önə çıxardı: 3-2.

***

Batşuayi dubla imza ataraq, 72-ci dəqiqədə komandasının bərabərlik qolunu vurdu: 2-2.

***

Batşuayi 67-ci dəqiqədə “Qalatasaray”ın fərqi azaldan qolunu vurdu: 2-1.

***

Monteyro ilk hissənin son dəqiqələrində özünün və komandasının ikinci qoluna imza atdı: 2-0.

***

Monteyro 4-cü dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı: 1-0.

***

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulur.

Globalinfo.az xəbər verir ki, Azərbaycan futbolsevərlərinin də diqqəti bu gecə İsveçrədə olacaq. Belə ki, Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə sözügedən ölkənin komandası “Yanq Boyz”la qarşılaşır.

Matçın canlı yayımını təqdim edirik:

Paylaş: