Alen Delonun vəsiyyəti yerinə yetirilmədi – Səbəb

Alen Delonun vəsiyyəti yerinə yetirilmədi - Səbəb

Alen Delonun ailəsi mərhum aktyorun Lubo adlı iti ilə bağlı vəsiyyətini yerinə yetirməyəcək.

Globalinfo.az xəbər verir ki, aktyorun itinin evtanaziyasını vəsiyyət etdiyi, lakin bunun icra edilməyəcəyi bildirilib.

Qeyd edilib ki, ailəsi Lubo adlı itə baxmağı üzərinə götürüb.

Xatırladaq ki, A.Delon öldükdən sonra itinin öz məzarı başında əziyyət çəkməsini istəmədiyi üçün evtanaziya olunmasını vəsiyyət etmişdi.