b551a65b 5999 45b8 aa22 1524b67f3084

Polad Bülbüloğlu personası hər zaman media üçün maraqlı olub. Son vaxtlar onun yenidən diqqət mərkəzinə gəlməsi iki amillə bağlıdır:

Birincisi, növbədənkənar parlament seçkilərinə qatılacağını açıqlamasıdır. P.Bülbüloğlu Şuşadan deputat seçilmək üçün marafona qoşulub.

İkincisi, o, diplomatik fəaliyyətinin yekununda TASS-a verdiyi son müsahibə ilə gündəm oldu.

P.Bülbüloğlu hər zaman standartdankənar açıqlamaları, çıxışları ilə də diqqət çəkib. Onun 1990-cı ildə o vaxtkı SSRİ Prezidenti Mixail Qorbaçovun rəhbərliyi ilə Qarabağ probleminə həsr olunan iclasda çıxışı hələ də yaddaşlarda qalır. Yutub platformasında bu çıxışın yayılması isə yaddaşları yenidən təzələdi.

34 il öncə Polad Bülbüloğlu SSRİ rəhbərinin hüzurunda çıxış edərkən sərt şəkildə ondan müharibəni, qanı dayandırmağı tələb edir.

Globalinfo.az həmin kadrları təqdim edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: