44ddfb5c 540b 3fa0 810b b3ba9df3df95 850

Niderlandın Haaqa şəhərində Azərbaycan icması Ermənistanın təxribatlarına etiraz əlaməti olaraq piket keçirib.

Globalinfo.az bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piketdə “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!”, “Ermənistan, regionda kommunikasiyaları bərpa et!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənistan, Naxçıvanın blokadasını dayandır!” şüarları səsləndirilib, plakatlar nümayiş etdirilib.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti iştirak edib.

ffe31adc a1fe 3bf3 acd7 ba300c92c9e6 bd627b83 570c 3028 94dc aebf1e812706

Paylaş: