
Türkiyədə İnstaqram sosial şəbəkəsinə giriş bərpa edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
“Meta” şirkəti Ankaranın şərtlərini qəbul edib. Məhz bundan sonra Türkiyə tərəfi ölkə ərazisindən İnstaqram sosial şəbəkəsinə giriş məhdudiyyətini aradan qaldırıb”, – nazir deyib.













