Azərbaycan Paris olimpiadasında altıncı medalı qazandı

Azərbaycan Paris olimpiadasında altıncı medalı qazandı

Azərbaycanın sərbəst güləşçisi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Globalinfo.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Robert Baranla üz-üzə gəlib.

Rəqibini 9:3 hesabı ilə məğlub edən idmançımız Olimpiya üçüncüsü olub.

Qeyd edək ki, bununla da Azərbaycanın Paris olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

***

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

Globalinfo.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Globalinfo.az xəbər verir ki, final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komanda bu hərəkətlərə əsasən hakimlər tərəfindən 66.450 xalla qiymətləndirilib və yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya oyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

azerbaycan-millisi-final-merhelesinde-mubarizeye-basladi

***17:14

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.

Globalinfo.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.

Komandamız 31.600 xala alyiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***16:56

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb.

Globalinfo.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalarla bacarığını göstərib.

Komandamız 34.850 xala layiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***15:00

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Globalinfo.az bildirir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.

Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***13:41

Azərbaycan güləşçisi Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Globalinfo.az xəbər verir ki, o, Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

İdmançımız bu görüşdə 9:0 hesablı rahat qələbə ilə 1/4 finala çıxıb.

Azərbaycan Paris olimpiadasında altıncı medalı qazandı

***08:54

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi – Hacı Əliyevlə Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Globalinfo.az bildirir ki, hər iki idmançı yarışa 1/8 finaldan start verəcək.

97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq. 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Bu çəkilərdəki qarşılaşmalar Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Digər sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda yarışacaq. Bu çəki dərəcəsindəki yarışlar Bakı vaxtı ilə 20:15-də başlayacaq.

Bu gün həmçinin Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində bacarığını göstərəcək. Yarış 16:00-da başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.