Moskva hava limanında həyəcan siqnalı verildi – VİDEO

Moskva hava limanında həyəcan siqnalı verildi – VİDEO

Moskvanın Şeremetyevo hava limanını su basıb. Hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə B terminalında baş verib. Orada həyəcan siqnalı işə düşüb və içəriyə su daxil olmağa başlayıb.

Hadisə şahidləri tavanın uçduğunu da deyirlər. Lakin məlumat hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, Moskvada əlverişsiz hava şəraiti səbəbindən çox sayda aviareys ləğv olunub.