“ABŞ, vətəndaşlarını qeyri-qanuni həbsdə saxladığı iddiası ilə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz amerikalılara Rusiyaya getməməyi tövsiyə etdik. Levinson qanunundan istifadə edərək sanksiyalar tətbiq etdik və bunu bir daha edəcəyik”, – deyə o, “Fox News”-a müsahibəsində bildirib.