
Azərbaycanı Paris-2024-də oxçuluq növündə təmsil edən idmançı Yaylagül Ramazanova mübarizəni dayanırıb.
Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Yaylagül birinci turda məşhur çinli rəqibi An Qixuanaya qalib gələrək 2-ci tura yüksəlib.
Bu qələbə idman ekspertləri üçün gözlənilməz olub. İdmançımız ikinci turda almaniyalı Mişel Kroppenə 2:6 hesabıyla məğlub olub və Olimpiadadakı çıxışını tamamlayıb.
Report bildirib ki, Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı çıxışı ilə bağlı danışıb.
O, olimpiadaya çox yaxşı hazırlaşdığını bildirib:
“Olimpiadaya çox yaxşı hazırlaşmışdım. Gündə iki dəfə məşq edirdim. Ümid edirdim ki, yarışı medalsız başa vurmaram. Təəssüf ki, alınmadı. Düşünürəm ki, bu mənim üçün böyük təcrübə oldu”.
Qeyd edək ki, Yaylagül Ramazanova ölkəsini 7 aylıq hamilə ola-ola təmsil edib.














