Hizbullah bütün “qırmızı xətt”ləri keçib.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə Naziri Yoav Qalant deyib.
O bildirib ki, İsrail ordusu Məcdəl Şəmsdə uşaqların öldürülməsindən məsul olan Hizbullah səhra komandirinin məhv edildiyindən əmindir.
“Beyruta hücum məhz Hizbullaha cavabdır”, – deyə Qalant vurğulayıb.
Bu arada Qərb ölkələri öz vətəndaşlarını Livanı tərk etməyə çağırır və aviaşirkətlər uçuşları ləğv edirlər.
Buna səbəb İsrailin Livanda Hizbullaha qarşı hücumlarını daha da genişləndirəcəyi qorxusudur.
Müşviq Tofiqoğlu
Globalinfo.az