“ABŞ Almaniyadan Polşaya tank və artilleriya ötürür”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Radio Zet” radiostansiyası məlumat yayıb.
“ABŞ Almaniyadakı hərbi bazalardan Polşaya zirehli texnika və artilleriya aparır, Köçürmə NATO-nun şərq cinahını gücləndirmək üçün planlaşdırılmış əməliyyat çərçivəsində həyata keçirilir. Povidzdəki bazaya 87 tank, 150 piyada döyüş maşını və 18 özüyeriyən artilleriya qurğusu köçürüləcək. Avadanlıqların ötürülməsi sentyabrın sonuna qədər davam edəcək”, – nəşr bildirib.
Qeyd edək ki, tikintisinə 2022-ci ilin yayında başlanan Povidzdəki bazada Amerika texnikası və sursatları üçün anbar 2025-ci ildə tam hazır olacaq. Artıq 14 “Abrams M1” tankının ilk partiyası iyunun sonunda Povidzə çatıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az