29.06.2024 21:10
Xəbər verdiyimiz kimi, sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deputat olmaq üçün namizədliyini irəli sürüb. Onun qalib gələcəyi təqdirdə hətta Milli Məclisdə Mədəniyyət Komitəsinə sədr keçəcəyi də istisna edilmir.
Görəsən, sabiq mədəniyyət nazirinin Milli Məclisə Mədəniyyət Komitəsinin sədri kimi ehtimal fəaliyyəti Azərbaycan mədəniyyətinə nə vəd edir?
Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadə bu xəbərin real olacağına inanmadığını bildirib.
Onun fikrincə, Polad Bülbüloğlunun deputat seçiləcəyi də real görünmür:
“İnanmıram ki, belə bir şey olsun. Komitə sədri olmaq üçün gərək o, ilk növbədə deputat seçilsin. Mənə elə gəlir ki, səfir komitə sədri olmayacaq. Deyilənlər sadəcə, şaiyədir”.
Zaira Akifqızı
Globalinfo.az














