owl detail 620 897a76e253fbd7ccea69b217a920d7f0

Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam açılış mərasimində “Sonuncu şam yeməyi” əsərinin mübahisəli şərhinə görə üzr istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz cəmiyyətin tolerantlığını qeyd etməyə çalışdıq. Əgər buna görə narahat olan insanlar varsa, üzr istəyirik”, – o bildirib.

Qeyd edək ki, iyulun 26-da Parisdə Olimpiya Oyunlarının açılış mərasimi olub. Burada transgenderlərin görkəmli rəssam Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərini “canlandırması” birmənalı qarşılanmayıb.

WhatsApp Image 2024 07 28 at 10.02.13

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: