669c0b75b3e61669c0b75b3e621721502581669c0b75b3e5f669c0b75b3e60

Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

2003-cü il təvəllüdlü Alıxanlı Nicat Elman oğlu və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüb.

N.Alıxanlının meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Digər boğulan şəxsin meyiti axtarışdadır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Paylaş: