İrəvandan Bayramov-Mirzoyan görüşünə REAKSİYA

İrəvandan Bayramov-Mirzoyan görüşünə REAKSİYA

Azərbaycanla delimitasiya prosesi Almatı deklarasiyasına uyğun bitməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, iki ölkə arasında onillərlə davam edən düşmənçiliyə son qoymağın vaxtının çatdığını bildirib.

Qeyd edək ki, dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ dövlət katibinin vasitəçiliyi ilə görüşüblər. Görüşdən sonra yayılan bəyanatda sülh müqaviləsinin imzalanması istiqamətində əhəmiyyətli irəliləyişlərin olduğu vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az