geo u 1582622379

“Gürcüstanla ortaq hərbi təlimlərimiz bu ölkə ilə münasibətlərimiz yenidən nəzərdən keçirildiyi üçün ləğv edilib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan deyib. O baş verənlərin Gürcüstan hökumətindən son dövrlər eşitdikləri bəyanatlarla əlaqəli olduğunu bildirib. Bununla belə səfir münasibətlərin balanslaşacağına inandığını bildirib.

Qeyd edək ki, ABŞ dünən Gürcüstanla iyulun sonu üçün planlaşdırılan ortaq “Noble Partner” təlimini qeyri-müəyyən müddətə təxirə salıb. ABŞ bunu Gürcüstanın hökumətinin saxta ittihamları ilə bağlı olduğunu deyib. Gürcüstan hökuməti ABŞ-ın addımlarının onlara aydın olmadığını açıqlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili isə hökuməti tənqid edərək, hər şeyin xarici agentlər haqqında qanunun qəbuluna görə olduğunu bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: