“Baş nazir növbəti parlament seçkilərinə hazırlaşmağa başlayıb. O, bilir ki, yarıdan çox səs toplamaq şansı yoxdur. Ona görə də, sabit çoxluğa sahib olmaq zərurəti ilə bağlı məsələyə yenidən baxmaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Hakimiyyət növbəti parlament seçkilərinə hazırlaşır. Bu ideya baş nazirdə İrəvan meriyasına seçkilərdən sonra yaranıb. Bu da siyasi vəziyyətlə bağlıdır. Bunun üçün nə Qərbi, nə Rusiyanı, nə də başqasını günahlandırmaq lazımdır. Paşinyan çox yaxşı başa düşür ki, onun sabit səs çoxluğu səbəbindən yenidən baş nazir olmaq üçün praktiki heç bir imkan və resursu yoxdur. Və o, parlamentdə azlığın namizədinin baş nazir seçilməsinə imkan yaratmağa çalışır”, – Surenyants bildirib.
Surenyants qeyd edib ki, avropalılar üçün Konstitusiyaya hansı dəyişikliklərin edilməsinin əhəmiyyəti yoxdur.
“Təbii ki, onlar avtoritar xarakter daşımır. Baxmayaraq ki, Paşinyan məsələsində Aİ oxşar dəyişiklikləri alqışlaya bilər. Çünki o, Qərbin forpostuna çevrilib”, – deyə Surenyants vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az