tdt 10082022 ukraine initiativen muenchen

“Ukraynalıların 71%-i sülh naminə güzəştlərə hazırdırlar”.

Globalinfo.az xəbər verir ki, ukraynalılar arasında aparılan bu sorğunun nəticəsi Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının (ECRF) saytında dərc edilib.

Rəyi soruşulan ukraynalıların 45%-i Ukraynanın ərazisinin bir hissəsinin itirilməsi qarşılığında suveren qalmağa razı olduqlarını bildiriblər. Yalnız 26% ukraynalı Rusiyanın işğal etdiyi ərazilərin qaytarılması qarşılığında, neytral ölkə olmaq planını dəstəkləyiblər.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bildirib. Lakin o, Ukrayna ərazilərinin güzəştə gedilməyəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: