Rusiyanın Ermənistandakı səfiri artıq İrəvana qayıdıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin artıq İrəvana qayıtdığını açıqlayıb.
“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır. Səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və bundan tez-tez istifadə olunur”, – deyə Qaluzin vurğulayıb.
Qeyd edək ki, Kopırkin bir müddət öncə məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.
Müşviq Tofiqoğlu
Globalinfo.az














