AA 20230522 31209494 31209474 US STATE DEPARTMENT PRESS BRIEFING WITH NEW SPOKESPERSON MATT MILLER

ABŞ Gürcüstana verdiyi yardımlara yenidən nəzər sala bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

Onun sözlərinə görə, ABŞ bundan sonra da Gürcüstanla bağlı fəaliyyətini Tbilisidəki son hadisələr və hökumətin bəyanatları əsasında təşkil etməyi planlaşdırır:

“Söhbət əsasən bizim Gürcüstana verdiyimiz yardımların həcmindən gedir. Son bir neçə ildə bu, 390 milyon dollar olub. İndi yenidən nəzərdən keçirilir. Hazırda biz nəyi və nə vaxt həyata keçirəcəyimizi tədqiq edirik”.

Qeyd edək ki, Gürcüstan bundan öncə xarici agentlər haqqında qanunu qəbul edib. ABŞ bu qanuna qarşı çıxıb və bunun ölkəni avrointeqrasiya yolundan uzaqlaşdıracağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: