“Qubad İbadoğlunun həbsi ilə bağlı prosesi diqqətlə izləyirik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“ABŞ insan haqları və təməl azadlıq prinsiplərinə hörmətin təşviqinə sadiqdir. Biz Azərbaycanı Qubad İbadoğlu da daxil olmaqla vətəndaşlarının hüquq və azadlığını öz konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun şəkildə qorumağa çağırırıq”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanda FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu və qruplaşmanın ölkəmizdəki 4 nümayəndəsi saxlanılıb. Partiya sədri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ayşən Mustafa
Globalinfo.az