“ABŞ Ukrayna ilə bu məsələni müzakirə etməyə hazırdır” – Kirbi

"ABŞ Ukrayna ilə bu məsələni müzakirə etməyə hazırdır" - Kirbi

“ABŞ Ukrayna ilə Rusiyaya qarşı hücumların coğrafiyasının genişləndirilməsi imkanlarını müzakirə etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, bu məsləhətləşmələrin yeni siyasi qərarlara gətirib çıxaracağı hələlik bəlli deyil.

“ABŞ döyüş meydanındakı vəziyyət uyğun olaraq Ukraynaya dəstəyini davam edəcək”, – deyə Kirbi vurğulayıb.

Qeyd edək ki, ötən həftə Amerika administrasiyası Ukrayna hərbçilərinə Rusiyanın Xarkov vilayətinə bitişik ərazilərini hədəfə almağa icazə verib. Bununla belə, “ATACMS” və digər uzaqmənzilli silahlardan istifadə edərək sərhədyanı ərazilərə zərbə endirmək qadağası qüvvədə qalır.

Müşviq Tofiqoğlu
Globalinfo.az