Putin amerikalı aktyor Stiven Siqala “Dostluq” ordeni təqdim edib.

Globalinfo.az xəbər verir ki, amerikalı aktyor beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Siqal Kremldə baş tutan prezidentin andiçmə mərasimində də iştirak edib.

Məlumat üçün bildirək ki, Stiven Siqal 1952-ci ildə anadan olub və 1980-1990-cı illərdə döyüş qəhrəmanı kimi şöhrət qazanıb. O, Aykido ustasıdır. Siqal hazırda Rusiyada yaşayır. Putin 2016-cı ildə ona Rusiya vətəndaşının pasportunu təqdim edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az 

Paylaş: