“Türkiyə daimi sülhün bərqərar olmasına yönələn bütün addımları dəstəkləməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təxminən 3 saat davam edən iclasın yekununda bəyanat qəbul olunub.
Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımlara dəstək verilməsi məsələsi də yer alıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az