Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Avropa İttifaqının ali nümayəndəsi Josep Borrell arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini, eləcə də delimitasiya məsələsini müzakirə ediblər.
Mirzoyan sərhədin delimitasiyasının Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilməsinin vacibliyini qeyd edib.
O, İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrelə məlumat verib və yekun razılığa nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az