Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib.

Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Cavanşir Əlihüseyin oğlu Şahpənçi iş zamanı vəfat edib.

Faktla bağlı araşdırma aparılır.