Isgender 123

“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı vurmaq üçün istifadə etdiyi raketlərlə Britaniyanı da vura bilər. Böyük Britaniyanın onları dayandırmaq üçün sistemi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı general Riçard Barrons deyib.

Barronsun sözlərinə görə, silahlar saatda 600 mil sürətlə hərəkət edərək cəmi 90 dəqiqəyə Britaniyaya çata bilər.

“Hələlik Böyük Britaniyanın Ukraynadakı kimi hava və raketdən müdafiə sistemi yoxdur. Kiyevin hava hücumundan müdafiə sistemi daha yaxşıdır”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: