***10:42
İsrail Prezidenti İshaq Hersoq Bəhreynə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb.
Məlumata görə, Hersoq bununla Bəhreyni ziyarət edən ilk İsrail prezidenti olacaq. İki gün davam edəcək səfər zamanı Hersoqu israilli biznesmenlərin müşayiət edəcəyi vurğulanıb. İsrail liderinin Bəhreyn kralı və yerli yəhudi icması ilə görüşü planlaşdırılıb.
Bəhreyndən sonra İsrail liderinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri nəzərdə tutulub.
Qeyd edək ki, İsraillə Bəhreyn arasında münasibətlər İbrahim müqaviləsindən sonra inkişaf etməyə başlayıb. Rəsmi Manama Təl-Əvivə İrana qarşı mübarizədə əsas müttəfiq kimi baxır. Məhz bu amil İsrail hərbi konsultantlarının Bəhreynə yerləşdirilməsinə şərait yaradıb.