Gürcüstan Milli Məclisinin deputatları parlament binası yaxınlığında davam edən etiraz aksiyasına baxmayaraq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin lehinə səs veriblər.

Globalinfo.az xəbər verir ki, layinənin üçüncü oxunuşunda 116 deputat səsvermədə iştirak edib.

Onlardan 84-ü layihənin lehinə, 30-u isə əleyhinə səs verib. Nəticədə layihə parlamentdə qəbul olunub.

Layinənin oxunuş müddətində iqtidar və müxalifət deputatları arasında şiddətli mübahisə yaşandığı üçün iclasa müvəqqəti fasilə verilib.

Paralel olaraq isə parlament binası qarşısındakı aksiya şiddətlənib. Məlumata görə, hazırda ərazidə vəziyyət gərgindir, etirazçılar arasında saxlanılanlar var.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: